Arxiv
15 Avqust 2019, 08:45 | ÖLKƏ
General Əli Nağıyev birinci dəfə müəllim işləyib - DTX rəisinin ilk rəsmi DOSYESİ

Əli Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəisi təyin olunmasından iki aya yaxın vaxt ötür. Ekspertlər ölkə başçısının 20 iyun 2019-cu il tarixli sərəncamı ilə DTX-nın sükanı arxasına keçən Əli Nağıyevin təyinatını son illər ən uğurlu kadr dəyişikliklərindən biri kimi qiymətləndiriblər.

Modern.az saytı DTX-dan general-leytenant Əli Nağıyevin tərcümeyi-halını əldə edib. Bu, Əli Nağıyevin indiyə kimi açıqlanan ilk rəsmi tərcümeyi-halıdır.

Buyurun tanış olun:


Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib.

1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.  

Ölkə Prezidentinin 16 mart 2005-ci il tarixli 675 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub.
Dövlət başçısının 27 mart 2006-cı il tarixli 1372 nömrəli sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycan Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.  

Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb.  

2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli 672 nömrəli sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Ölkə başçısının 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
 
Prezidentin 20 iyun 2019-cu il tarixli 1274 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
27 iyun 2019-cu il tarixli 1300 nömrəli sərəncamla Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir: “Azərbaycanda özünüməşğulluğun əhatə dairəsi 6 dəfədən çox artıb” 14 Oktyabr 2019, 10:22 MDB dövlətlərinin nazirləri Bakıya toplaşdı 14 Oktyabr 2019, 10:18 Mingəçevirdə evdən köhnə istilik sistemlərini oğurladılar 14 Oktyabr 2019, 10:17 Nədən doğma sözümüzü alınma söz kimi yazırıq? 14 Oktyabr 2019, 10:13 BMU-nun gənc müəllimi Keele Universitetində tədqiqat aparıb 14 Oktyabr 2019, 10:10 “Vasim Məmmədəliyevin vəfatı hamımız üçün çox böyük itkidir” - Mehriban Əliyeva  14 Oktyabr 2019, 10:08 Bakının bu rayonu qazsız qalacaq 14 Oktyabr 2019, 10:04 Qənirə Paşayeva: “Bu düşmənə də, dosta da bir mesajdır” 14 Oktyabr 2019, 10:01 Cıdır düzü payızda – SON FOTOLAR 14 Oktyabr 2019, 10:00 Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ 14 Oktyabr 2019, 09:52 Gədəbəy atəşə tutuldu 14 Oktyabr 2019, 09:51 İran-Azərbaycan sərhədində İNSİDENT: sərhədçimiz bıçaqlandı - FOTO 14 Oktyabr 2019, 09:44 Göyərçin cildli kərkəs - Türk qanı axıtmaqdan ləzzət alan Njdenin dəhşətli CİNAYƏTLƏRİ 14 Oktyabr 2019, 09:38 “Türkiyəni qınayanlar evlərində rahat yatırlar” 14 Oktyabr 2019, 09:32 Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31