Modern.az

İlham Əliyev: "Borrelin dövründə Avropa Komissiyası ilə əlaqələr tam uçuruma gedib"

İlham Əliyev: "Borrelin dövründə Avropa Komissiyası ilə əlaqələr tam uçuruma gedib"

Ölkə

13 İyul 2026, 09:56

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycanın Avropa Komissiyasından və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərindən danışıb.

Modern.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı bildirib: “Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə gəldikdə, bunların arasında çox böyük fərq var. Avropa Komissiyası ilə münasibətlərimiz müxtəlif olub. Cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə bizim aramızdakı münasibətlər, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma getmişdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...