Modern.az

İlham Əliyev: Təəssüf ki, bu gün böyük İslam həmrəyliyi görmürük

İlham Əliyev: Təəssüf ki, bu gün böyük İslam həmrəyliyi görmürük

Ölkə

Bu gün, 10:34

Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq və bu istiqamətdə Azərbaycanda çoxsaylı tədbirlər keçirilib, bizim çoxsaylı təşəbbüslərimiz də əlbəttə ki, həmrəyliyin, birgə anlaşmanın gücləndirilməsinə yönəldilmişdir.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.

Dövlətimizin başçısı qeyd edib:

“Təəssüf ki, bu gün biz o qədər də böyük həmrəylik (İslam həmrəyliyi - red) görmürük. Gərginlik artmaqdadır, qarşılıqlı ittihamlar səslənir”.

Prezident eyni zamanda vurğulayıb ki, biz dünyanın müxtəlif yerlərində müharibələrin şahidi oluruq. Bu, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, digər yerlərdə də baş verir. Bu da bizi məyus edir.

“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində olan həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir. Yəni, qarşılıqlı anlaşma nə qədər zəifləsə, vəziyyət o qədər də pisləşəcək”, - deyən dövlərimizin başçısı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!