Modern.az

Yeni hoteldə 45 nəfərə iş veriləcək

Yeni hoteldə 45 nəfərə iş veriləcək

Ölkə

11 İyul 2026, 18:58

Prezident İlham Əliyev iyulun 11-də "Xankəndi" hotelinin açılış mərasimində iştirak edib.

Modern.az-ın məlumatına görə, dördmərtəbəli hotel binası ümumilikdə 101 otaqdan ibarətdir.

Otaqların 92-si "deluxe", 4-ü "superior", 3-ü "deluxe suite" və 2-si "executive suite" kateqoriyasına aiddir. Hotel eyni zamanda 236 qonağı qəbul etmək imkanına malikdir.

Burada kafe, restoranlar və idman zalı da daxil olmaqla bir sıra ictimai iaşə obyektləri fəaliyyətə başlayacaq.
Hotel 45 nəfəri işlə təmin edəcək. Onlardan 20 nəfəri işğaldan azad olunmuş şəhər və rayonların sakinləridir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi