Modern.az

Nazir neftin qiymətinə təsir edən amillərdən DANIŞDI

Nazir neftin qiymətinə təsir edən amillərdən DANIŞDI

19 Sentyabr 2019, 12:57

“Neft və neftin dəyərinə təsir edən bir çox amillər mövcuddur”.

 

Modern.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, bərpaolunan enerji və ümumi qlobal iqtisadi artımda müşahidə olunan geriləmə - 3 faiz neftin roluna təsir edir, həmçinin son illər böyük qaz yataqdalarının açılması dünyada neftin roluna təsir göstərir:

"Həmçinin bu vaxta kimi aparılan bütün tədqiqatlar neftin gələcəkdə yüksək rol oynayacağını deyir. Neftin əlavə dəyərindən istofadə etmək, neft-kimya sənayesində neftin emalı dünya bazqrlarlna çıxarılmasııdr. Bazarda neft məhsullarının çıxarılmasından qazanılan gəlir neftin xammal kimi satışından çoxdur. Azərbaycanda bu sahədə yeni müəssisələr yaradılıb. Xammal kimi nefti istehsal edib, bunu həm beynəlxalq bazarlara çıxarır, həm də Azərbaycan iqtisadiyyatında tətbiq edirik. Bunu digər ölkələrdə də sərmayələrimiz vasitəsilə həyata keçiririk".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir