Arxiv
23 Oktyabr 2019, 11:00 | AKTUAL
“Azərbaycanda 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlar var”

“Hazırda ən çox müraciət edilən, eləcə də müzakirə edilən sosial proqram ünvanlı sosial yardım proqramıdır. Bizim qiymətləndirmə də göstərir ki, ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsinə ehtiyac var”.

 

Bunu Modern.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

 

"Şeş-qoşa" yoxsa sosial yardım?...

 

V.Bayramov proqramın rebrendinqli həyata keçirilməsinin təklif edildiyini bildirib:

“Monitorinqlərimiz göstərir ki, vətəndaşlar arasında da ünvanlı sosial yardım proqramına “şeş-qoşa” adı verilib. Çünki bu proqram icra edilməyə başlayan zaman, uzun müddət ünvanlı sosial yardım proqramı çərçivəsində 6 ay məmurun, 6 ay ünvanlı sosial yardım alacaq vətəndaşın prinsipi, yəni “6-6” prinsipi ilə əlaqəlidir. Doğrudur, artıq bu problemlər aradan qaldırılıb. Amma bu sözügedən proqrama olan inamın formalaşmasına səbəb olmur. Hazırda da ünvanlı sosial yardım proqramının ictimaiyyət arasındakı reputasiyası kifayət qədər pisdir. Ümumiyyətlə, bu adı dəyişmədən həmin proqram çərçivəsində islahatların aparılması praktiki olaraq mümkünszüdür. Eyni zamanda proqram çərçivəsində müraciət mexanizminin asanlaşdırılması və müraciət edənlərinin sayının artırılması önəmlidir. Məsələn, mobil telefona görə ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğinin nə üçün nəzərə alnması anlaşıqlı deyil. Xüsusuən, kommunal xidmətlərlə bağlı dəyişikliklər aparılmalıdır. Eyni zamanda kommunal xidmətlərin payının da dəyişdirilməsinə və ünvanlı sosial yardımdan istifadə edəcək vətəndaşlarımızın sayının, bununla yanaşı, məbləğə baxılmasına və artırılmasına ehtiyac var. Çünki minimum əmək haqqı artırıldıqdan sonra ünvanlı sosial yardım proqramı çərçivəsində vəsaitin də həcminin minimum istehlak meyarına deyil, minimum əmək haqqına uyğunlaşdırılması vacibdir ki, daha çox vətəndaşımız məhz ünvanlı sosial yardım proqramından faydalana bilsin. Və proqram çərçivəsində vətəndaşa ödənilən vəsaiti artırmaq mümkün olsun”.

 

“Pulunu dövlət verməlidir, mal-qaranı vətəndaş seçməlidir”

 

Onun sözlərinə görə, özünüməşğulluq proqramının təkmilləşdirilməsinə də ciddi ehtiyac var:

“Əvvəlki dövrlərdə, xüsusən mal-qaranın ucuz alıb baha rəsmiləşdirilməsi ilə bağlı xeyli faktlar mətbuata təqdim olunub. Bu da onun göstərir ki, məşğulluq proqramının da təkmiləşdirilməlidir. Bu proqramda iştirak edən vətəndaşlar kənd təsərrüfatı ilə məşğul olmaq istəyərlərsə, onlara lazım olan vəsaitlərinin özlərinin almasına imkan yaradılmalıdır. Həmin şəxs heyvandarlıq və ya digər kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğuldursa, özü birbaşa satıcı ilə razılaşmalıdır, dövlət isə həmin pulu satıcıya ödəməlidir. Nəticədə bu da dövriyyə vəsaitlərinin qiymətlərinin şişirdilməsilə bağlı şübhələri aradan qaldıracaq və imkan verəcək ki, öz biznesini qurmaq istəyən şəxs özü seçim etsin.

Digər tərəfdən, özünüməşğulluq proqramı çərçivəsində yalnız mal-qaranın alınması deyil, həm də digər istiqamətlərə daha çox vəsaitin ayrılması və ödəniləcək vəsaitlərlə bağlı limitlərin artırılmasına ehtiyac var. Düzdür, hazırda aqrar sektordan başqa istiqamətlərə də vəsait ayrılır. Amma bunun da sistemləşdirilməsinə ehtiyac var. Xüsusən də payız aylarında mal-qara alan vətəndaşlarımız üçün əlavə xərclər yaranır. Mal-qaranın təbii artımı adətən zaman tələb edir. Bir neçə ay ərzində onun yemə və digər xərcinin ödənilməsinə ehtiyac var ki, bu da xüsusən də ünvanlı sosial yardım alan, maliyyə imkanları güclü olmayan vətəndaşlarımız üçün əlavə xərcdir.

Bununla yanaşı, digər istiqamətlərə, xüsusən də sənətkarlığa da vəsaitlərin ayrılmasına ehtiyac var ki, məşğulluq proqramı daha çox aqrar sektor üzrə köklənməsin”.

 

“Pensiya islahatları davam etdirilməlidir”

 

V.Bayramov qeyd edib ki, pensiya islahatları üzrə “Amerikan modeli” tətbiq edilməlidir:

“Pensiya islahatlarının davam etdirilməsi də vacib amillərdəndir. Pensiya islahatları üzrə “Amerikan modeli”ni təklif edirik. Belə ki, elə vətəndaşlarımız var ki, onların pensiya kapitalı kifayət qədər böyükdür. Bəzi hallarda hətta 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlarımız var. “Amerikan modeli”ndə olduğu kimi, həmin vətəndaşlarımıza daha tez pensiyaya çıxmaq və buna uyğun olaraq da kapitalların bir hissəsini 65 yaşına çatmadan istifadə etmək hüququ verilməlidir. Biz təklif edirik ki, minimum pensiya kapitalı ilə yanaşı, həm də orta pensiya kapitalı anlayışı da qanunvericiliyə daxil edilsin. Orta pensiya kapitalı çox olan vətəndaşlarımız 65 yaşı tamam olmadan pensiyaya çıxmaq hüququ əldə etsin. Məsələn, bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədə qonşu Rusiyada olduğu kimi əmək pensiyası yaşa görə pensiyaya çıxma vaxtlarının fərqləndirilməsinə ehtiyac var.


Vətəndaşa imkan verilməlidir ki, yaşa görə pensiyaya daha tez çıxsın. Bizim pensiya qanunvericiliyində pensiya üzrə müavinətlərin daha tez, əmək pensiya yaşından tez müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu da imkan verəcək ki, yaşa görə pensiya əmək pensiyası ilə müqayisədə daha tez müəyyənləşsin, vətəndaş daha tez yaşa görə pensiyadan istifadə edə bilsin. Azərbaycanda əmək pensiyası hüququ olmayan vətəndaşlarımız 67 yaşında müavinətlər almağa başlayır. Biz bu rəqəmin dəyişdirilməsi vətəndaşa 63 yaşı tamam olduqdan sonra qocalıq müavinatı almaq hüququnun verilməsini təklif edirik.

Eyni zamanda minimum pensiya artıqdan sonra tələb edilən minimum pensiya kapitalında da artımlar var və buna baxılmasına, həmin minimumların da tənzimlənməsinə ehtiyac var. Minimum pensiya məbləği artıqdan sonra dövlətin müəyyən hissəni öz hesabına kompensasiya etməsı məqsədə uyğundur. O baxımdan biz təklif edirik ki, minimum pensiya kapitalı ilə bağlı rəqəmlərə baxılması və dəyişdirilməsi vacibdir ki, daha çox vətəndaşlarımız əmək pensiyasından istifadə edə bilsin”.

 

“Vətəndaşlarımız pensiyaya çıxmadan dünyasını dəyişir”

 

Ekspert qeyd edib ki, Azərbaycanda orta yaş müddəti uzun deyil:

“Bəzi hallarda vətəndaşlarımız pensiyaya çıxmadan öncə dünyasını dəyişirlər. Bu da onlara o yığımlardan istifadə etməyə imkan vermir. Pensiya yığımlarında varisliyin tətbiqi də önəmlidir. Bəzi hallarda vətəndaşlarımız yığım edirlər, amma, pensiya yaşı tamam olmadan dünyalarını dəyişirlər. Həmin vətəndaşlarımızın yığımlarının onların varisləri tərəfindən istifadə edilməsinə imkan yaradılmalıdır”.

 

“Əlilliyi olanların pensiyasına bir daha baxılmalıdır”

 

V.Bayramov deyib ki, əlillik dərəcəsi olan vətəndaşlar üçün müavinətlərin məbləğinə baxılmasına və artırılmasına ehtiyac var:

“Bu il birinci paketdə həmin müavinətlərin artırılması ilə bağlı qərar qəbul edilib. Bu prosesin davamlı olmasına və xüsusən də birinci qrup əlillər üçün sosial müavinətin məbləğinin artıralaraq ən azı minimum əmək haqqı səviyyəsinə çatdırılmasına ehtiyac var ki, həmin vətəndaşlarımızın sosial təminatı ilə bağlı hər hansı bir çətinlik olmasın. O baxımdan minimum pensiya, minimum əmək haqqı ilə yanaşı, xüsusən də əlillik dərəcələri üzrə sosial müvinət məbləğlərinin artırılması prioritet olmalıdır. Nəticə etibarilə növbəti aylarda bu istiqamətdə addımların atılmasına ehtiyac var.

Özəl pensiya fondunun yaradılması prosesinin sürətləndirilməsi və vətəndaşlarımıza özəl pensiya fondlarında yığım imkanı verilməsinə də ehtiyac var. Eyni zamanda, həmin fondlarda yığılacaq vəsaitin xarici valyutalara indeksasiyası önəmlidir ki, gələcəkdə məzənnədəki dəyişikliklər yaranarsa fondakı yığımlara birbaşa təsir göstərməsin və onların dəyərsizləşdirilməsinə gətirib çıxarmasın”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda yeni siyasi partiya yaradıldı 16 İyul 2020, 22:01 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 16 İyul 2020, 21:45 “Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur” - Azay Quliyev 16 İyul 2020, 21:31 159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11