Modern.az

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

İqtisadiyyat

16 İyun 2026, 09:53

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində azalma qeydə alınıb.

Modern.az xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,1% azalaraq 4 347,3 ABŞ dolları təşkil edib.

Birjada gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də eniş göstərib. Belə ki, qiymət 0,45% azalaraq 69,87 ABŞ dollarına düşüb.

Qeyd edək ki, qiymətli metalların dəyərindəki dəyişikliklər dünya bazarlarında investorların gözləntiləri və qlobal iqtisadi proseslərlə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər