Modern.az

Pezeşkian İran-ABŞ razılaşmasından danışdı

Pezeşkian İran-ABŞ razılaşmasından danışdı

Aktual

Bu gün, 09:47

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la müharibənin başa çatdırılmasını hədəfləyən razılaşma haqqında danışıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Prezident Pezeşkian Daxili İşlər Nazirliyində keçirilən iclasda İran-ABŞ razılaşmasına dair bildirib: “Aparılan koordinasiya işləri nəticəsində İran-ABŞ anlaşma memorandumu cümə günü imzalanacaq”.

O əlavə edib: “Memorandumu imzalamaq üçün təyin olunan danışıqlar qrupu Əli Xamenei tərəfindən müəyyən edilmiş çərçivə və siyasətdən heç bir şəkildə kənara çıxmayacaq”.

Pezeşkian vurğulayıb ki, müharibə dövründə ölkədə hər hansı qarışıqlıq və ya üsyan baş verməyib və hökumət müharibə prosesi boyunca səmərəli idarəetmə nümayiş etdirib.

İran-ABŞ anlaşma memorandumunun iyunun 19-da İsveçrədə imzalanacağı bəyan olunub.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ