UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan təmsilçisi "Sabah"ın rəqibi bu gün bəlli olacaq.
Modern.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
"Sabah"ın I təsnifat mərhələsindəki potensial rəqibləri arasında İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın KuPS, Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" klubları yer alır.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 7-8-də, cavab qarşılaşmaları isə 14-15 iyulda keçiriləcək.