Modern.az

Lukaşenko Zelenskidən üzr istədi

Lukaşenko Zelenskidən üzr istədi

Dünya

Bu gün, 10:12

Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Vladimir Zelenskidən üzr istəyib. 

Modern.az xəbər verir ki, iyunun 15-də "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə Aleksandr Lukaşenko Ukrayna prezidentindən gözlənilmədən üzr istəyib. O, həmçinin Donald Trampla görüşü istisna etmədiyini və amerikalıların, Belarusun maraqlarını müdafiə etmək üçün Avropaya təzyiq göstərə biləcəyini istisna etməyib.

Lukaşenko Vladimir Zelenski ilə polemikası barədə danışıb.

"Bəlkə də açıqlamamda nələrisə şişirtmişəm, amma bu, onun yersiz açıqlamalarına cavab idi. Ünvanıma "Bəli, bizim 500 hədəfimiz var, bəli, Lukaşenkonun harada olduğunu bilirik. Sabah raketlər və dronlarla zərbə endirəcəyik deyilmişdi. Əgər Vladimir Aleksandroviç Zelenski sözlərimə görə inciyibsə, buna görə ondan üzr istəyirəm."

Qeyd etmək lazımdır ki, Lukaşenko Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdidən ("Madyar") gələn təhdidlərə cavab olaraq Zelenskini hədəf göstərmişdi. 

Belarus lideri 29 mayda Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin (AAİB) sammitinində Ukrayna Prezidentinə mesaj ötürmüşdü: "Onlar 500 hədəf müəyyən etmiş ola bilərlər. Bizim dəqiq koordinatları olan çox ciddi bir hədəfimiz var. Və Belarusa çox yaxındır".

Bundan əlavə, Lukaşenko Zelenskinin açıqlamalarını "boşboğazlıq" və "boş söhbətlər" adlandıraraq, həmin açıqlamaların Zelenskinin narkomaniyadan əziyyət çəkməsinə dair yayılan şaiyələrə işarə edən ifadələr istifadə etmişdi.  

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ