Modern.az

Qaxda it sakinlərə hücum etdi, 6 nəfər xəsarət aldı

Qaxda it sakinlərə hücum etdi, 6 nəfər xəsarət aldı

Hadisə

4 Yanvar 2020, 13:02

Qaxda sahibsiz it qarşısına çıxan sakinlərə hücum edib, 6 nəfər xəsarət alıb.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki,  hadisə bu gün səhər saatlarında Qax şəhəri ərazisində baş verib.

 

Nəticədə Qax sakinləri -1971-ci il təvəllüdlü Rəsul Saleh oğlu Mürsəlov, 1964-cü il təvəllüdlü Eldar Məhərrəm oğlu Əliyev, 1983-cü il təvəllüdlü Şaban Adışirin oğlu Qəniyev, 2002-ci il təvəllüdlü Aysun Müşviq qızı Əzməmmədli və daha iki nəfər xəsarət alıblar. İt dişləməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olan altı nəfər quduzluq əleyhinə peyvənd olunduqdan sonra evə buraxılıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı