Modern.az

Yalnız bu sərnişinlərin metroya girişinə İCAZƏ VERİLƏCƏK

Yalnız bu sərnişinlərin metroya girişinə İCAZƏ VERİLƏCƏK

8 May 2020, 14:38

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə icazə verilib.

Modern.az xəbər verir ki, qərar əsasən, metro stansiyalarında yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü