Modern.az

“Türkiyədə çətin vəziyyətə düşən azərbaycanlılara “Azərbaycan evləri” sahib çıxdı” - Diaspor sədri

“Türkiyədə çətin vəziyyətə düşən azərbaycanlılara “Azərbaycan evləri” sahib çıxdı” - Diaspor sədri

18 İyun 2020, 15:53

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri də dünyanın müxtəlif ölkələrində “Azərbaycan evi”nin açılmasıdır. Statistik göstəricilər bu işin uğurla həyata keçirildiyini göstərir.


Artıq 10 ölkədə - Almaniya, Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada “Azərbaycan evi” yaradılıb.

 

Maraqlıdır, müxtəlif  ölkələrdə fəaliyyət göstərən “Azərbaycan evləri”nin pandemiya dövründə iş prosesi necə oldu? Vətəndaşlarımız yardım üçün onlara da müraciət etdimi?

 

Bu suala cavab tapmaq üçün azərbaycanlıların sıx yaşadığı qardaş Türkiyədə yerləşən “İğdır Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsalla əlaqə saxladıq.

Modern.az-a danışan diaspor nümayəndəsi sərt karantin dönəmində “Azərbaycan evi” tərəfindən vətəndaşlarımıza maddi yardımla bərabər, yaşamaq üçün yer də təşkil etdiklərini bildirib:

 

“Sərhədlərin bağlanması və küçəyə çıxma qadağası tətbiq edildikdən sonra Türkiyənin müxtəlif ərazilərində yaşayan azərbaycanlıların bəziləri çətin vəziyyətə düşdü. Onlara bu dönəmdə İstanbulda, Ankarada, Alanyada olan “Azərbaycan evləri” sahib çıxdı. İğdırda olan bəzi azərbaycanlılar könüllü olaraq özləri bizə müraciət etdi. Türkiyədə olan Azərbaycan Dostluq Dərnəkləri və “Azərbaycan evi” olaraq maddi baxımdan çətin vəziyyətə olan vətəndaşların hər birinə yardım göstərildi.

Bəzi ailələr var idi ki, işləyə blmədikləri üçün qaldıqları evin kirayəsini ödəyə bilmirdi. Belə olan halda vətəndaşlarımızın çox hissəsini tələbələr üçün olan yataqxanalara yerləşdirdik. İndi demək olar ki, müvəqqəti yaşayış üçün ya da maddi yardımla bağlı bizə azərbaycanlılar tərəfindən müraciət daxil olmur. Çünki bildiyiniz kimi, Türkiyədə vəziyyət normala dönüb və iş yerlərinin hamısı açılıb. Bu baxımdan artıq vətəndaşlarımız özləri özlərini maliyələşdirə bilir. Amma bir neçə vətəndaş var ki, onlara hələ də yardım göstəririk. Biz bir millət, iki dövlətik. Bir-birimizə dəstək verib, həmişə sahib çıxacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi