Modern.az

Yenə küçəyə SMS-lə çıxacağıq - QƏRAR

Yenə küçəyə SMS-lə çıxacağıq - QƏRAR

18 İyun 2020, 18:41

İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

 

Modern az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə bildirib.

 

O qeyd edib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər:

 

"Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları, muzey və sərgi salonları bağlanır. Həmçinin, açıq havada idman oyunları qadağan edilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü