Modern.az

ABŞ-ın sonuncu səfirinin xanımı Zeyno Baran: “Çox özlədik Bakını...” - MÜSAHİBƏ

ABŞ-ın sonuncu səfirinin xanımı Zeyno Baran: “Çox özlədik Bakını...” - MÜSAHİBƏ

Müsahibə

23 May 2012, 09:56

“Bir gün təkrar dönüb Azərbaycanda yaşamağı çox istəyirik”

ABŞ Senatı tərəfindən səfirlik postuna təsdiqlənməyən səfir Metyu Brayza bu ilin fevralında ailəsilə birlikdə Azərbaycandan getməli oldu. ABŞ-da erməni lobbisi Brayzanın xanımı Zeyno Baranın milliyyətcə türk olmasını, onun həyat yoldaşının Türkiyə ilə dost ölkə Azərbaycanda səfir olmasını mümkünsüz etməsi fikrilə kampaniya aparmasının nəticəsi olaraq Senat Brayzanı səfir postunda saxlamadı.

Qeyd edək ki, Zeyno Baran 31 yanvar 1972-ci ildə Türkiyədə jurnalist ailəsində doğulub. Atası Əhməd Uran "Hürriyet" qəzetinin xüsusi müxbiri, anası Füsun Arsan isə "Günaydın" qəzetinin əməkdaşı olublar. Cənubi Qafqaz üzrə tanınmış beynəlxalq ekspertdir. ABŞ-ın Azərbaycandakı sonuncu səfiri Metyu Brayza ilə 2007-ci ilin avqustunda ailə qurub.

Bir neçə aydır Azərbaycanı tərk edən xanım Zeyno Baran Modern.az-a eksküliziv müsahibəsində ölkəmizlə bağlı xoş xatirələrinin olduğunu, yenidən qayıdıb Bakıda yaşamaq istədiklərini dilə gətirib. 

Necəsiniz Zeyno xanım, Azərbaycan üçün darıxmırsınız ki?

- Həqiqətən, çox tez ayrıldıq Azərbaycandan, Bakıdan. Azərbaycan mənim üçün önəmlidir, çünki müsəlman dünyasında demokratik cümhuriyyət quran ilk ölkədir. Mən əvvələr də dəfələrlə Azərbaycanda olmuşam və orada indi də çoxlu dostlarım var.  

Azərbaycanda bir il yaşamaq həyatnızda hansı izləri buraxdı?

- Belə deyə bilərik: Azərbaycanda yaşadığımız on bir ay bizim üçün əsla unudulmayacaq anlarla doludur. Ikimiz də Azərbaycanı və azərbaycanlıları hələ Bakıya gəlməmişdən öncə də çox sevirdik. Orda yaşadıqdan sonra isə daha da çox sevdik. Ailə olaraq qızımız Maya bir çox "ilk"ini məhz Azərbaycanda yaşadi. İlk addimların orada atdı, ilk danışması orada oldu, ilk dişləri orada çıxdı və sairə...  Bu baxımdan, ailə həyatımız üçün də Azərbaycanın bizim üçün hər zaman xüsusi yeri olacaq.  

Yenidən buraya dönmək istəmirsiniz?

- Çox özlədik oraları... Bu bir qismət. İrəlidə bir gün təkrar Azərbaycana, Bakıya dönüb orada yaşamağı çox istərdik.

Bəs, indi harada yaşayırsıız?

- İndi Istanbuldayiq, sizlərə, Azərbaycana çox uzaq deyilik yəni…

Sizlərin Azərbaycanda çalışmağınız ABŞ-Azərbaycan münasibətlərinə Sizcə, hansı üstünlüklər gətirdi?  

- Qısaca deyə bilərəm ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərdə əhəmiyyətli qatqımız olduğuna ümid edirəm.

Cənab Metyu Brayza harada, hazırda hansı vəzifədə çalışır?

-  Metyu Brayza Azərbaycandakı sonuncu səfir vəzifəsindən sonra uzun illərdir çalışdığı diplomatik fəaliyyətdən, ABŞ Xarici Siyasət İdarəsindən ayrılıb. O, bu yaxınlarda Estoniyada yerləşən Beynəlxalq Təhlükəsizlik Araşdırmalar Mərkəzinin ( International Centre for Defence Studies (ICDS) direktoru təyin edilib. Bundan başqa, Metyu Brayzanın özəl sektorda da fəaliyyətləri var.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı