Modern.az

“Azəriqaz” yaralı əsgərin qazpulu borcunu sildi

“Azəriqaz” yaralı əsgərin qazpulu borcunu sildi

Aktual

20 İyul 2020, 16:50

Masallı rayonu, Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə yaranan borcu barədə mətbuat səhifələrində xəbər yer alıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətininin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Məlumata görə, bu barədə məlumat gedən kimi məsələyə “Azəriqaz”ın rəhbərliyi dərhal reaksiya göstərib. Məlumat daxil olan anda Lənkəran Regional qaz istismar İdarəsinə tapşırıq verilib. Yerində araşdırma aparılaraq, həqiqətən də, Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi Birlik tərəfindən qarşılanıb və hal-hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.

 

“Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə başsağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim diqqətdədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq”, - “Azəriqaz”ın açıqlamasında bildirilir. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü