Modern.az

Bakıda kran yaşayış binasının üzərinə aşdı - Xəsarət alan var - VİDEO

Bakıda kran yaşayış binasının üzərinə aşdı - Xəsarət alan var - VİDEO

Hadisə

4 Sentyabr 2020, 14:22

Bakıda kran aşıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Həsən Əliyev küçəsində baş verib. Hadisə yerində olan şahidlərin sözlərinıə görə, ərazidə bina tikintisi üçün istifadə olunan kran aşıb.

 

Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev əlavə edib ki, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb:

 

“Hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik”.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı