Modern.az

Daha iki şəhərə giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ

Daha iki şəhərə giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ

Ölkə

14 Oktyabr 2020, 21:16

Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.



Bu Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü