Modern.az

Böyük Britaniya məhkəməsindən Zamirə Hacıyevə ilə bağlı YEKUN QƏRAR

Böyük Britaniya məhkəməsindən Zamirə Hacıyevə ilə bağlı YEKUN QƏRAR

21 Dekabr 2020, 16:04

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevə məhkəmə uduzub.

 

Modern.az xəbər verir ki, Z.Hacıyeva London məhkəməsinin onun 29 milyon dollarlıq əmlakına həbs qoyması barədə hökmündən apellyasiya şikayəti vermişdi. Böyük Britaniya Ali Məhkəməsinin yekun qərarına əsasən, Zamirə Hacıyeva sərvətinin mənbəyini göstərməlidir. Əks halda, onun Londonun mərkəzindəki malikanəsi və qolf-klubu müsadirə olunacaq.
 

Böyük Britaniyada mənbəyi məlum olmayan əmlak haqqında qanuna əsasən, gəlir mənvbəyini göstərə bilməyən ölkə sakinlərinin əmlakı “çirkli pulların yuyulmasına qarşı mübarizə” çərçivəsində müsadirə olunacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü