Modern.az

Ağdamda iki nəfər itkin düşüb – FOTO

Ağdamda iki nəfər itkin düşüb – FOTO

28 Dekabr 2020, 12:53

Ağdam rayonunda 2 nəfər itkin düşüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xismətindən Modern.az-a verilən məlumata görə, rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Ağdam rayonunun digər sakini, Bənövşələr qəsəbəsində yaşayan 54 yaşlı Ehtibar Rzayev 12 oktyabr 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ağdam Rayon Polis Şöbəsinə (0-2632-5-02-02) telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır