Modern.az

Azərbaycanda sağalma yoluxmanı 4 dəfə üstələdi - 37 nəfər öldü

Azərbaycanda sağalma yoluxmanı 4 dəfə üstələdi - 37 nəfər öldü

Hadisə

29 Dekabr 2020, 17:04

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 216 584 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11 279 hazırkı dövrədək isə 21 744 343 test aparılıb.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır