Arxiv
12 Yanvar 2021, 19:18 | HADİSƏ
Azərbaycan, Ermənistan və Rusiyanın Baş prokurorları görüşdü- FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

 

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyəti 12 yanvar tarixində Rusiya Prokurorluğunun yaranmasının 299 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.

Səfər çərçivəsində Rusiyanın Baş prokuroru İqor Krasnovla keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.

Görüş zamanı Baş prokuror Kamran Əliyev bildirmişdir ki, ölkə rəhbərliyinin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılmış, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulmuş, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.

 

Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

Görüş zamanı Azərbaycan və Rusiya prokurorluqları arasında imzalanmış Əməkdaşlıq haqqında 24 iyun 2019-cu il tarixli Sazişin icrası ilə əlaqədar 2021-2023-cü illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Tərəflər ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə, habelə Əməkdaşlıq proqramının əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminlik ifadə ediblər.

 

Bundan başqa, görüşdə mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, korrupsiya cinayətləri, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

 

Həmçinin, səfər çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Görüşdə dövlət başçılarının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Keçmiş nazir yeni vəzifəyə təyin olundu 22 Yanvar 2021, 17:15 Türkiyə MN hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı 22 Yanvar 2021, 17:10 Texniki universitetə yeni prorektor təyin olundu 22 Yanvar 2021, 17:05 Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO 22 Yanvar 2021, 17:00 Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir 22 Yanvar 2021, 16:55 Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO 22 Yanvar 2021, 16:50 Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib 22 Yanvar 2021, 16:45 Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı 22 Yanvar 2021, 16:40 Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22