Arxiv
15 Yanvar 2021, 10:22 | HADİSƏ
Azərbaycanda vaksinasiya - Həkim: “Adam kimi normal həyata qayıtmaq istəyiriksə, peyvənd olunmalıyıq!”

Bir ildir normal həyatımızı at-üst edən COVID-19 pandemiyasından yeganə çıxış yolu kimi vaksinasiya göstərilir. Azərbaycan vaksinasiyaya start verilmə ərəfəsindədir, bəziləri peyvənd olunmaqdan imtina edəcəyini bildirir.

Məlumat üçün qeyd edək ki, vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdən hazırlanır. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti - yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır.


Mövcud vəziyyətdə dünyada istifadə olunan
5 əsas vaksin var:

  • Biotech/Phizer peyvəndi – (Almaniya/ABŞ) Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildiyində əzələ hüceyrələri virusu emal etməyə başlayır);

    2. Sputnik V peyvəndi – (Rusiya) Canlı hüceyrə (Virusun daşıdığı genetik materialların bir qismi başqa virusun içinə yerləşdirilir və insan bədəninə inyeksiya edilir);

    3. Moderna peyvəndi – (ABŞ) Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildikdə əzələ hüceyrələri virusu istehsal etməyə başlayır);

    4. Oxford/Astra Zeneca peyvəndi – (İngiltərə/İsveç) Canlı hüceyrə (Virusun daşıdığı genetik materialın bir qismi başqa virusun içinə yerləşdirilərək insan bədəninə inyeksiya edilir);

    5. Sinovac peyvəndi – (Çin) İnaktiv virus (toyuq yumurtası və ya toxuma kulturasında çoxaldılan hərəkətsiz viruslar insan bədəninə inyeksiya edilir).

  • Açıqlanan immunizasiya faizlərinə görə, Biotech/Phizer peyvəndi – 94-96 %, Sputnik V peyvəndi - 92%, Moderna peyvəndi - 95%, Oxford/Astra Zeneca peyvəndi - 70%, Sinovac peyvəndi - 92%-dir.

    Biotech/Phizer peyvəndi - 70 (6 ay) / 4 (1 həftə), Sputnik V peyvəndi – 4 (6 ay), Moderna peyvəndi - 20 (6 ay) / 4 (30 gun), Oxford/Astra Zeneca peyvəndi - 4 (6 ay), Sinovac peyvəndi –2-8 (6 ay) saxlanıla bilər.


    Azərbaycan məhz Çin istehsalı olan Sinovac peyvəndindən istifadə edəcək.


    1-ci mərhələ - Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

    2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

    -50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

    -Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

    -Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar.

     


    Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Modern.az-a bildirib ki, hazırda vaksinlərlə bağlı həddindən artıq neqativ fikirlər yayılmaqdadır:

     

    “Mən hesab edirəm ki, insanlarda vaksinə qarşı inamsızlığı yaradanlar təxribatçılardır. Bunu yayanlar bizi, ölkəmizi istəməyənlərdir. Bu yanlış dezinformasiyalar dünyanın rahat yaşamasını istəməyən qüvvələr tərəfindən insanlara təlqin olunur.

    Vaksin öldürülmüş, zəiflədilmiş virusdur, yaxud da virusun hansısa hissəciyindən istifadə edilərək yaradılıb.

    Peyvənd nə qədər ziyanlı olsa belə, bizim istifadə etdiyimiz McDonald’s, KFC, Fryday, cipsi, broyler toyuqları, dönər, şaurma, kolbasa-sosiska, sardelka, konservləşdirilmiş qida məhsulları, spirtli içkilər, siqaret və digər bu kimi qida məhsulları və zərərli vərdişlərimizin verdiyi zərərdən qat-qat zərərsizdir.

    Mümkün deyil ki, vaksin bizə problem yaratsın. Aktiv koronavirus insan orqanizminə düşəndə 100 adamdan 90-nı bunu yüngül keçirir, yerdə qalan 10 nəfər orta ağır və ağır keçirir. Bəs necə ola bilər ki, aktiv yox, öldürülmüş virus bizim bədənimizə yeridilsin və bu, bizim üçün təhlükəli olsun? Bu sadəcə absurddur.

     

    Mən istənilən dövlət qurumunu ən sərt şəkildə tənqid edirəm. Amma vaksin məsələsində tənqid etmək yox, bir-birimizə dəstək olmalıyıq. Bir ildir təhsil dayanıb, insanlar xeyir iş edə bilmir, iqtisadiyyat çökür, iş yerləri bağlanıb. Biz bu durumdan çıxmaq, adam kimi əvvəlki həyatımıza qayıtmaq istəyiriksə, mütləq vaksinasiya olunmalıyıq. Bəzisi deyir vaksin sonsuzluq yaradır, bəzisi deyir adamı öldürür, bütün bunlar təxribat xarakterilə insanların beyninə bilərəkdən salınıb. Əgər vaksində şübhəli bir şey olsa, mən də həkim kimi etirazımı, mövqeyimi bildirərəm. Özüm və ailə üzvlərim də mütləq şəkildə vaksinasiya olunacağıq. İnşallah, vaksinasiya başlayana qədər bir problemimiz olmazsa, mən peyvənd olunmağımı videoya çəkib paylaşacam”.

     

    Həkim onu da deyib ki, yüksək allergiyası olan şəxslərdə vaksin əks göstərişdir:


    “İnsanlar var ki, naringi, bal, pomidor, vitamin C və s.-ə qarşı allergiyası var. Bu insanlara vaksin vurulması allergik reaksiya verə bilər”.

     

    A.Əliyevin sözlərinə görə, şəxs yoluxub, sağalıbsa, vaksinasiya üçün qandan İgG analizi verməlidir:

     

    “Əgər onun qanında yetəri qədər İgG varsa, ona vaksin lazım deyil. Çünki o insan vaksin olunmuş kimi sayılır. Əgər İgG-nin səviyyəsi aşağıdırsa, vaksin olunmalıdır”.

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Azərbaycanda yeni dövlət universiteti YARADILIR 9 mart 2021, 15:00 Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI 9 mart 2021, 14:54 “Mülki Prosessual Məcəllə”yə dəyişiklik edildi 9 mart 2021, 14:48 Ünvanlı sosial yardım alan ailələrin sayı artdı 9 mart 2021, 14:42 Ölkədə siyasi dialoqun dərinləşdirilməsi üçün möhkəm zəmin yaradılıb 9 mart 2021, 14:36 YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu - FOTOLAR 9 mart 2021, 14:30 “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir” - Nazir 9 mart 2021, 14:24 Yaşar Nurinin şəxsi əşyaları oğurlandı 9 mart 2021, 14:18 Başına dəmir lövhəsi düşən qadının ölməsilə bağlı cinayət işi açıldı 9 mart 2021, 14:12 Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO 9 mart 2021, 14:06 Səlimin anası da koronavirusdan vəfat etdi 9 mart 2021, 14:00 Əmək Məcəlləsinə dəyişiklik edilir 9 mart 2021, 13:56 Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib? 9 mart 2021, 13:51 Hökumətin hesabatı Milli Məclisə daxil olub 9 mart 2021, 13:47 Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı 9 mart 2021, 13:43 Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO 9 mart 2021, 13:38 Azərbaycanda övladlığagötürmə asanlaşdırılır 9 mart 2021, 13:33 Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR 9 mart 2021, 13:28 BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya açıldı 9 mart 2021, 13:23 Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır” 9 mart 2021, 13:18 Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO 9 mart 2021, 13:14 Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2022-ci ilədək uzadıldı 9 mart 2021, 13:10 Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik” 9 mart 2021, 13:05 Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat 9 mart 2021, 13:02 Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi 9 mart 2021, 13:00 Deputat Azərbaycana Türkiyə bələdiyyələrinin təcrübəsini təklif etdi 9 mart 2021, 12:58 Azərbaycanda daha bir sabiq nazir HƏBS OLUNDU 9 mart 2021, 12:55 Sabahın hava proqnozu açıqlandı 9 mart 2021, 12:50 Jalə Əhmədova: “Bütün deputatları eyni tərəziyə qoymaq olmaz” - MÜSAHİBƏ 9 mart 2021, 12:46 Mill Cəbhə Partiyasında yeni təyinatlar oldu 9 mart 2021, 12:41 Sabir Rüstəmxanlı: “Xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın” 9 mart 2021, 12:36 Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib 9 mart 2021, 12:30 138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib 9 mart 2021, 12:26 İcra başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib - FOTOLAR   9 mart 2021, 12:20 Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” 9 mart 2021, 12:18
    Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 Rusiyalı deputat sərsəmlədi: “Sülhməramlılar Qarabağa həmişəlik gedib” 4 mart 2021, 11:55 Hacıbala Abutalıbov Bakıdan KÖÇÜB 6 mart 2021, 12:11 Koçaryan Azərbaycanı niyə hədələdi… - ŞƏRH 4 mart 2021, 17:13 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... - “Artilleriyanın Allahı” 3 mart 2021, 09:48 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü 4 mart 2021, 13:38 YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 YAP kimləri yola salır… - SİYAHI 4 mart 2021, 16:03 Sülhməramlılar erməniləri yenə Kəlbəcərə APARDI 8 mart 2021, 21:51 YAP-ın qurultayı yekunlaşdı - Yeni İdarə Heyəti formalaşdı, Siyasi Şura ləğv olundu 5 mart 2021, 13:00 “İskəndər” Bakıya atılıb və göydə vurulub? - Britaniya saytı 3 mart 2021, 08:44 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatı apara bilər - Polkovnik 2 mart 2021, 15:09 YAP-da DƏYİŞİKLİK - Bu deputatlar İdarə Heyətinə seçildilər 5 mart 2021, 13:17 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var 7 mart 2021, 14:58 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Sülhməramlılar erməni qadınlara çiçək bağışladı - FOTO 6 mart 2021, 23:41 Bu günün yoluxma SAYI 4 mart 2021, 16:49 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Helikopter qəzasında həlak olan general kimdir? - FOTO 5 mart 2021, 00:24 Səfa Mirzəyevə ağır itki üz verib 4 mart 2021, 10:20 Türkiyədə hərbi helikopter qəzaya uğradı - General həlak oldu - YENİLƏNİB 4 mart 2021, 21:49 Xalq artistinin həyat yoldaşı vəfat etdi -FOTO 3 mart 2021, 08:07 Siyavuş Novruzov, Hacıbala Abutalıbov və Əli Həsənov İdarə Heyətinə SEÇİLMƏDİ 5 mart 2021, 13:09 Azərbaycanlı səfir haqqında yayılan xəbərə sərt reaksiya verdi: “Satqın və yaramaz jurnalistlər...”  7 mart 2021, 10:51 Baş nazirdən buraxılış imtahanları ilə bağlı QƏRAR 4 mart 2021, 17:24 Hərbi vəzifəlilər təlimlərə çağırılır? - Dövlət xidmətindən rəsmi cavab 2 mart 2021, 16:42 Mübariz Mənsimov ev dustaqlığına buraxıldı 5 mart 2021, 14:12 Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər - Prezident 4 mart 2021, 17:29 ATU-nun dosenti: “Nə qədər ki, kollektiv immunitet yaranmayıb, karantin sərtləşdirilə də bilər” - MÜSAHİBƏ 3 mart 2021, 15:45