Modern.az

Lənkəranskinin qardaşının Bakıdakı restoranında əməliyyat

Lənkəranskinin qardaşının Bakıdakı restoranında əməliyyat

19 Fevral 2021, 12:42

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin Bakıdakı restoranında əməliyyat keçirilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar.

 

Həmin zaman insident yaşanıb və hüquq mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.

 

Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb. 

 

Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.

 

“Neon” şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır