Modern.az

Azərbaycanın valyuta ehtiyatları 51 milyardı ötüb

Azərbaycanın valyuta ehtiyatları 51 milyardı ötüb

İqtisadiyyat

11 Mart 2021, 09:14

2020-ci ildə beynəlxalq konyukturun əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları nəinki azalmamış, əksinə artmışdır.

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd edilib ki, ötən il Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 0,2 faiz (99,2 milyon ABŞ dolları) artıb. Nəticədə ölkənin valyuta ehtiyatları 51,2 milyard ABŞ dollarına çatıb ki, bu da ümumi daxili məhsulu üstələyib.

Mərkəzi Bankın valyuta ehtiyatları 1,8 faiz artaraq 6,4 milyard ABŞ dolları,  Dövlət Neft Fondunun vəsaiti isə 0,6 faiz (241 milyon ABŞ dolları) artaraq 43,6 milyard ABŞ dolları təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü