Modern.az

Azərbaycanda yoluxma və ölüm azaldı

Azərbaycanda yoluxma və ölüm azaldı

Hadisə

17 Mart 2021, 15:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840  yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 242491 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231638 nəfər müalicə olunaraq sağalıb, 3307 nəfər vəfat edib, aktiv xəstə sayı 75463 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10023, hazırkı dövrədək isə 2736493 test aparılıb. 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı