Modern.az

Açıq havada maska taxmaq ləğv olunur - TƏBİB-dən AÇIQLAMA

Açıq havada maska taxmaq ləğv olunur - TƏBİB-dən AÇIQLAMA

Hadisə

20 May 2021, 10:46

“Açıq havada maskadan istifadənin ləğvilə bağlı qaydalar hazırlanır”.

 

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Departament müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, yeni qaydaların tətbiqilə yaxın vaxtlarda açıq havada maska taxılması ləğv oluna bilər:

 

“Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.


Qeyd edək ki, karantin rejimi iyunun 1-də başa çatır.  Nazirlər Kabineti yanında Operativ Qərargahın həmin tarixədək brifinq keçirərək, müvafiq qərar verəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır