Modern.az

Polis Cəbrayılda "yol nişanı"nı oğurlayan şəxsi saxladı - FOTO

Polis Cəbrayılda

Hadisə

23 May 2021, 10:50

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yol nişanı lövhəsini oğurlayan şəxs tutulub.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Biləsuvar rayonu ərazisindən keçən magistral yolun kənarında quraşdırılmış yol nişanı lövhəsini oğurlamaq istəyən şəxsi aşkar ediblər.

 

Polis əməkdaşları həmin şəxsi saxlayaraq yol nişanı lövhəsi ilə birlikdə Polis Şöbəsinə gətiriblər. Araşdırmalarla oğurluq əməlini törədən şəxsin İmişli rayon sakini İntiqam Dadaşov olduğu müəyyən edilib.

 

Hal-hazırda Cəbrayıl RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır