Modern.az

Pandemiya Azərbaycanın valyuta ehtiyatlarını azaldıb? - Palata sədrindən CAVAB

Pandemiya Azərbaycanın valyuta ehtiyatlarını azaldıb? - Palata sədrindən CAVAB

27 May 2021, 13:11

“Pandemiya və neft bazarlarındakı vəziyyəti nəzərə alsaq, 2020-ci dövlət büdcəsi əvvəlki illərin büdcələrindən tamam fərqlidir”.


Modern.az
xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanunun müzakirəsi zamanı çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib. Sədr Hesablama Palatasının büdcənin icrasına rəyini təqdim edib:


“Qeyd edilən iki məqam valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmayıb. 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında Hesablama Palatası büdcə təsnifatının beynəlxalq Valyuta təsnifatı əsasında təkmilləşdirilməsini vacib hesab edir. 2020-ci ilin unudulmaz olmaqla bərabər qarşıda bizi daha şərəfli tarix gözləyir. Vergi və gömrük inzibatçılığı sahəsində müşahidə edilən addımların daha təkmilləşdirilməsi yaxşı olardı. Maliyyə inzibatçılığının da tətbiq edilməsini vacib sayırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü