Modern.az

Minaya düşən operator: “Cəbrayılda çəkiliş aparanda hisslərimə hakim  ola bilmədim” - VİDEO

Minaya düşən operator: “Cəbrayılda çəkiliş aparanda hisslərimə hakim  ola bilmədim” - VİDEO

4 İyun 2021, 15:52

İyunun 4-də AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov minaya düşərək həlak olublar.

 

Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedərkən baş verib. 

 

AzTV-nin operatoru Sirac Abışov 1989-cu il avqustun 29-da Qubadlıda doğulub. Sumqayıt şəhərində yaşayırdı. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Ailəli idi, bir övladı var.

Modern.az saytının məlumatına görə, Qubadlı rayonundan məcburi köçkün düşmüş Sirac Abışov bir müddət öncə  azad olunmuş torpaqlarımızı çəkərkən yaşadığı təəssüratları həmkarları ilə bölüşüb.

Həmin videonu təqdim edirik:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?