Modern.az

Baba Tağıyev: “...adını “müsəlman”, “ziyalı”, “azərbaycanlı” qoyan o kəslər...” - AÇIQLAMA

Baba Tağıyev: “...adını “müsəlman”, “ziyalı”, “azərbaycanlı” qoyan o kəslər...” - AÇIQLAMA

Təhsil

6 Oktyabr 2012, 14:56

Ərdəbildən ayətullah imam cumə seyid Həsən Amilin son gunlərdə Azərbaycan dövləti, Azərbaycan xalqı haqqında çıxışları, bəyanatları məndə çox təəsüf hissi yaradır ki, o da doğrudan özünü müsəlman sayır? o da özünü Azərbaycanlı sayır?”.
Bu sözləri Modern.az-a açıqlamasında sabiq deputat, "İrəli-Azərbaycan" İctimai Birliyinin sədri  Baba Tağıyev deyib.
B.Tağıyevin sözlərinə görə, bu adını müsəlman qoyan ayətullahlar Azərbaycan türk-müsəlman xalqını “şiə-müsəlman” xalqı deyə adlandırırlar, Azərbaycan dövlətinə isə “Bakı dövləti” deyirlər.

“Bu adını müsəlman qoyan din xadimləri İslam dininə, İslami dəyərlərə deyil, xalqın haqq yoluna deyil, Qarabağ torpaqlarında, Azərbaycan xalqına qarşı edilən haqsızlığın yanında, erməni işğalçılarının yanında yer alırlar. Azərbaycan müsəlman-türklərinə dəstək olmaq əvəzinə, işğalçı Ermənistanla hərbi-strateji müttəfiqlik edirlər.
Bu yüksək çinli azərbaycanlı din xadimləri Güney Azərbaycanda Azərbaycan xalqının azadlıq ruhunun olmadığını iddia edirlər”-deyə B.Tağıyev bildirib.

B.Tağıyev daha sonra əlavə edib:

“Yadına 1991-ci il Azərbaycan parlamenti düşür. O, dövr ulu öndər Heydər Əliyev Azərbaycan müstəqilliyi, istiqlaliyyəti üçün mübarizə aparıb-çıxışlar edəndə, o dövr Azərbaycan parlamentində neçə -neçə Araz Əbizadələr və başqaları Azərbaycanlı olmalarına baxmayaraq, Azərbaycanın müstəqilliyi əleyhinə səs verirdilər. O dövrdə önəmli çıxışlardan sonra ulu öndər Heydər Əliyevlə birlikdə 43 nəfər Azərbaycanın müstəqilliyinə səs verdi.
Tarix göstərir ki, imperiya maraqlarına xidmət edənlər, necə ki 1991-ci ildə “ziyalılar” tapıldı, bu gün də Güney Azərbaycanda adını “müsəlman”, “azərbaycanlı” qoyan, haqq  yoluna, xalqın haqqı uğrunda deyil, imperiya maraqlarına xidmət edən “ziyalılar” və “din xadimləri” var. Amma xalqın yolu haqq yoludur. Çünki Azərbaycan xalqının Allah-taladan verilən azadlıq haqqını və azadlıq ruhunu heç bir imperiya sındıra bilməz”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var