Modern.az

Şəhid gizirimiz dəfn olundu

Şəhid gizirimiz dəfn olundu

24 İyul 2021, 12:19

Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu ilə vida mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, vida mərasimindən sonra şəhid gizirimiz Beyləqan rayonu Qəhrəmanlı kəndində torpağa tapşırılıb.

 

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Şəhid F.Yaqublu 44 günlük Vətən Müharibəsində iştirak edib.

 

Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə aktiv iştirak edən qəhrəman gizir Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

 

F.Yaqublunun atası, Yaqubov Telman Fərman oğlu da Qarabağda şəhid olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı