Modern.az

Kürdəmirdə iki avtomobil aşdı, xəsarət alanlar var

Kürdəmirdə iki avtomobil aşdı, xəsarət alanlar var

Hadisə

Bu gün, 20:06

Kürdəmirdə iki yol qəzası olub, xəsarət alanlar var.

Modern.az-ın xəbərinə görə, Atakişli kənd sakini, 2003-cü il təvəllüdlü Əsgərov Eynulla Sabir oğlunun idarə etdiyi "Ravon" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Həmçinin rayonun Sovka kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Toğrul Əskər oğlunun idarə etdiyi "Vaz- 21015" markalı avtomobil aşıb.

Nəticədə, hər iki sürücü müxtəlif xəsarətlər alıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

(APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ