Modern.az

Ağdam sakini Tovuzda çayda batdı

Ağdam sakini Tovuzda çayda batdı

Hadisə

16 İyun 2026, 20:49

Tovuza qonaq gələn 22 yaşlı gəncin çayda batdığı ehtimal olunur.

Modern.az-ın məlumatına görə, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə 22 yaşlı Ağdam rayon sakini İlham Şirinov Bakı şəhərindən Tovuz rayonunun Dondar Quşçu kəndinə qohumları gilə qonaq gəlib. Son günlər intensiv yağan yağışlara görə Tovuz çayında suyun səviyyəsi və axar sürəti artıb.

Gəncin batdığı ehtimal olunan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

(AZƏRTAC)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...