Modern.az

"Qarabağ" növbəti transferini gerçəkləşdirdi

"Qarabağ" növbəti transferini gerçəkləşdirdi

İdman

16 İyun 2026, 21:03

"Qarabağ" klubu növbəti transferini gerçəkləşdirib.

Modern.az Ağdam klubuna istinadən xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, bölgə təmsilçisində 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Lobato yay "transfer pəncərəsi"ndə komandaya qoşulan üçüncü futbolçudur. Daha öncə Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!