Modern.az

Kamran Əliyev: “Eldəniz Səlimovun iddiası araşdırılacaq”

Kamran Əliyev: “Eldəniz Səlimovun iddiası araşdırılacaq”

Parlament

3 Avqust 2021, 12:48

Baş prokuror Kamran Əliyev Milli Məclisin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırıb.

 

Modern.az-ın məlumatına görə, Baş prokuror deputat Eldəniz Səlimova baş vermiş hadisəyə qədər təzyiqlərin olub-olmaması ilə bağlı bildirib ki, istintaq materiallarında belə hallar yoxdur.

 

“Sosial şəbəkələrdən Eldəniz Səlimovun iddiasının olmasından xəbərim var. Bu iddia araşdırılacaq. Hətta belə hal varsa, bunun da qanuni yolu var. Başqa hal olsaydı, buna inzibati xəta kimi baxıla bilərdi. Siz gələcəkdə cinayət işinin detalları ilə tanış olanda görəcəksiniz ki, bu, barışdırmaq müstəvisində olacaq hadisə deyil, tamam başqa məsələdir”.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı