Arxiv
21 Sentyabr 2021, 09:20 | HADİSƏ
Vidadi Muradovun 30 milyonluq əmlakına HƏBS QOYULDU

“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.


Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək, sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyənləşib.


İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.


Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev: "Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq"  25 Oktyabr 2021, 21:17 Prezident Qubadlı əhalisinin sayını AÇIQLADI 25 Oktyabr 2021, 21:06 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü - YENİLƏNİB 25 Oktyabr 2021, 20:49 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00