Modern.az

Uitkoff və Kuşner yenidən Rusiyaya gedəcək

Uitkoff və Kuşner yenidən Rusiyaya gedəcək

Dünya

15 İyun 2026, 04:52

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında keçirilən telefon danışığı zamanı amerikalı xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya növbəti səfəri razılaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı bu məsələ ilə bağlı razılıq əldə olunub.

“ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda yenidən Rusiyaya səfər etmələri razılaşdırılıb”, - deyə Uşakov bildirib.

Məlumata görə, amerikalı nümayəndələrin səfəri zamanı Ukrayna böhranı və ikitərəfli münasibətlərlə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Səfərin dəqiq tarixi və proqramı barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Azərbaycanı müharibəyə çəkmək istəyir - Vahid Əhmədovdan sensasion açıqlama