Modern.az

Tramp tarixi açıqladı

Tramp tarixi açıqladı

Dünya

Bu gün, 01:02

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın yaxın iki-üç saat ərzində imzalana biləcəyinə ümid etdiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Fox News"un müxbiri Treyt İqnst "X" sosial şəbəkəsində paylaşım edib.

Jurnalist qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə söhbəti zamanı İranla mümkün sazişin imzalanma vaxtı barədə məlumat alıb.

“Prezident Trampla danışdım. O dedi ki, İranla razılaşmanın yaxın iki-üç saat ərzində imzalanacağı gözlənilir”, - deyə İqnst yazıb.

Məlumata görə, Vaşinqton və Tehran arasında aparılan danışıqlar yekun mərhələyə yaxınlaşıb.

Qeyd edək ki, daha əvvəl Tramp İranla sazişin imzalanmasının yaxın olduğunu bildirmiş, ABŞ rəsmiləri isə razılaşmanın əldə olunacağı təqdirdə Tehranın dərhal neft ixracına başlaya biləcəyini açıqlamışdılar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ