Modern.az

“Zəngəzur dəhlizi” məsələsi həllini tapıb - Ərdoğan

“Zəngəzur dəhlizi” məsələsi həllini tapıb - Ərdoğan

Qərbi Azərbaycan

29 Noyabr 2021, 16:10

“Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Qardaşım İlham Əliyev mənə görüşün çox məhsuldar keçdiyini dedi”.

 

 Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
 

Ərdoğan deyib ki, Soçidə keçirilən üçtərəfli görüş nəticəsinədə “Zəngəzur dəhlizi” məsələsi də həllini tapıb:

“Bu görüşdə Araz çayı boyunca dəmir yolu və avtomobil yollarının çəkilməsi məsələsi həll olunub”.

Türkiyə Prezidenti onu da əlavə edib ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək dəmir yolu və avtomobil yolu Iğdırla əlaqəni də təmin etmiş olacaq.

“Magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq. Nəticədə həm quru, həm də dəmir yolu ilə insanların və yüklərin daşınmasında mühüm addım atılacaq”.

Ərdoğan "3+3" formatına da toxunub:

“Biz əvvəldən "3+3" platformasını gündəmə gətirmişik. Bu platformanın Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul ediləcəyi təqdirdə Gürcüstanla aktivləşməsi regional sülhü açıq şəkildə sübut edəcək. Bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu bilirik”.


Ərdoğan deyib ki, Türkiyə regionda sülh naminə Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır.

 
“Regionda sülhün tərəfdarıyıq. Biz dəfələrlə bu mövzunu dost Rusiya və xüsusilə cənab Putinlə müzakirə etmişik. Vasitəçi olaraq Ukrayna və Putinlə danışıqlar aparmağa hazırıq. Tərəflər istərsə, bu problemin həllində iştirak etmək istəyərdik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!