Modern.az

Baş Prokurorluq Xətaidəki ölüm hadisəsi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Xətaidəki ölüm hadisəsi ilə bağlı məlumat yaydı

Təhsil

12 Fevral 2013, 16:09

Paytaxtın Xətai rayonu ərazisində aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə müşayiət olunan ehtiyatsızlıqdan baş vermiş ölüm hadisəsi qeydə alınıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 10-da saat 18:00 radələrində Xudu Məmmədov küçəsi, 2942 "D" ünvanında "Stil" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının on dördüncü mərtəbəsindən həmin MTK-da fəhlə işləyən 1992-ci il təvəllüdlü Fərəcov Şöhlət Rafil oğlu yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə və meyitə Xətai rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb və təhlükəsizlik texnikası ekspertlərinin iştirakı ilə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı