Modern.az

Xaricdə təhsil alan 144 tələbəmizin maliyyələşdirilməsi dayandırılıb

Xaricdə təhsil alan 144 tələbəmizin maliyyələşdirilməsi dayandırılıb

Təhsil

22 Fevral 2013, 12:34

“Xaricdə təhsil alan 144 tələbənin maliyyələşdirilməsini dayandırmışıq. Çünki onlar bu günə kimi hər kursu bitirmələri ilə bağlı sənədləri təqdim etmirlər”. Modern.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Qulu Novruzov deyib. O, qeyd edib ki, indiyə kimi dövlət hesabına xaricdə oxuyan tələblərdən 435 nəfəri məzun olub.

Nazir müavini xaricə göndərilən tələblərlə bağlı Təhsil Nazirliyinin Dövlət Neft Şirkətindən fərqləndiyini bildirib.
“Belə ki, tələbənin nazirlik qarşısına heç bir öhdəçiliyi yoxdur. Çünki o, Azərbaycan hökuməti ilə müqavilə bağlayıb gedir. Amma Dövlət Neft Şirkəti tələblər qarşısında evlərini ipoteka kimi qoymasını istəyir ki, onlar qayıdıb gələndən sonra Azərbaycanda hər hansı yerdə işləsinlər”.

Qulu Novruzov azərbaycanlı tələblərin ölkəyə qayıtmaqdan imtina edərək xaricdə qalması ilə bağlı məsələyə də aydınlıq gətirib.

“Bu haqda tez-tez bizə sual verirlər, amma bunu niyə verirlər başa düşmürük. Həm deyirsiniz ki, ermənilərin lobbisi güclüdür, həm də deyirsiniz ki, bizim tələblər niyə orada qalır. Elə tələblərimiz var ki, məsələn, ABŞ-da kosmik idarəetmə üzrə doktoranturada oxuyan Teyyub Sadıqovun orada qalmasında maraqlıyıq. Çünki bir neçə ildən sonra həmin tələbə professor olacaq. İstəyirik ki, tələblərimiz orada daha çox qalsın. Amma onlar gəlmək istəyirlər. Gənclərimiz ermənilər kimi deyil, ölkələrinə bağlıdırlar”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda bu gün mühəndislik, kənd təsərrüfatı və fundamental elmlər üzrə kadrlara ehtiyac var. “Amma kənd təsərrüfat üzrə oxumaq istəyən tələbə çox azdır. Bununla bağlı Aqrar Universitetlə məsləhətlər aparmışıq, onların bilik və bacarıqlarının artırılması istiqamətində treninqlər təşkil etmişik”.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var