Modern.az

Temperatur yenidən yüksələcək

Temperatur yenidən yüksələcək

Təhsil

28 Mart 2014, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi arabir güclənəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da martın 29-da axşam şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.  

Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı