Modern.az

Dünyanın ən varlı adamı uşaqlarını mirasdan məhrum edib

Dünyanın ən varlı adamı uşaqlarını mirasdan məhrum edib

28 Mart 2014, 16:13

Var-dövləti 76 milyard dollar dəyərində qiymətləndirilən, dünyanın məşhur “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts uşaqlarını miras hüququndan məhrum etmək qərarına gəlib.

Belə ki, milyarder ölümündən sonra ona məxsus bütün pulların “Bill & Melinda Gates Foundation” Xeyriyyə Fonduna köçürülməsini vəsiyyət edib. Dünyada yoxsulluğun azaldılması, tibb və təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan fond dünyanın ən iri xeyriyyə təşkilatı hesab edilir. 

B.Qeytsin üç uşağı var – qızları Cennifer-Katarin, Fbi-Adel və oğlu Rori-Con.

“Microsoft” yaradıcısı bildirib ki, onun var-dövləti uşaqlarına miras qalmayacaq. O öz qərarına izah verərək uşaqların firavanlıq üçün işləməyin vacib olmasını başa düşmələrini, qərarı həyat yoldaşı ilə birlikdə qəbul etməsini deyib. 

B.Qeytsin uşaqları atalarının mirasından məhrum olmasına baxmayaraq həyatda uğurlu başlanğıc üçün lazım olan hər şeyi əldə edəcəklər. Belə ki, milyarder uşaqları ən yaxşı təhsil ocağında oxuyur və gələcəkdə onların yüksək nailiyyətlər əldə etmələri üçün bütün lazımi şərait yaradılıb,

Modern.az saytı xatırladır ki, ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts dünyanın ən varlı adamları siyahısında 1-cidir. "Forbes" jurnalının illik reytinqinə əsasən B.Qeytsin sərvəti 76 milyard dollardır və o, 2014-cü ilə ən varlı adam kimi daxil olub. 

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü