Modern.az

Putinin cangüdənləri fiziki qüsurlu insanın qolunu qırıb

Putinin cangüdənləri fiziki qüsurlu insanın qolunu qırıb

Təhsil

1 Sentyabr 2014, 17:34



Çelyabinskdə keçirilən cüdo üzrə dünya çempionatının bağlanış mərasimində xoşagəlməz insident yaşanıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fiziki qüsurlu Çelyabinsk sakini Dinarə Muxətdinova yarışın bağlanış mərasimində iştirak edən prezident Vladimir Putinə fiziki qüsurlu insanların mövcud problemləri ilə bağlı şikayət məktubu təqdim etmək istəyərkən prezidentin mühafizəçilərinin fiziki zorakılığına məruz qalıb. Muxətdinovanın sözlərinə görə, onu az qala əlil arabasından yerə yıxaraq qolunu sındırıblar. Daha sonra 3 saata yaxın polis bölməsində saxlanılan Dinarə Muxətdinova sərbəst buraxılıb.
Qeyd edək ki, Çelyabinskdə hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Dinarə Muxətdiona bundan öncə fiziki qüsurlu insanların problemlərini Çelyabinsk qubernatoru Boris Dubrovski və Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev qarşısında qaldırıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var