Modern.az

Kim könüldə taxt qurursa...

Kim könüldə taxt qurursa...

Ədəbi̇yyat

5 Sentyabr 2014, 11:32

Qənirə Paşayeva,
millət vəkili


Əsl müəlimlər heç zaman unudulmurlar, çünki könüllərdə  taxt qururlar. Əsl müəllim kimdir? - deyiləndə bir zamanlar  oxuduğum, ilginc həyat hekayətini xatırlayıram; Möhtəşəm  bir hekayədir və müəllim olmaq istəyən gənclərimizin mütləq oxuması vacibdir.

...Sinifin Tomsonun soyadlı yeni müəlliməsinin ilk gün-lərdə ən ön sırada sanki çökmüş kimi oturan Teddi adlı şagird xüsusi diqqətini çəkir. Xanım Tomson Teddini müşahidə  edir və onun digər uşaqlarla oynamadığını, geyiminin çirkli  və özünün də daima hamam qəbul etməsi gərəkən bir hal-da olduğunu görür. Teddinin hər zaman kədərli olması onun  diqqətindən qaçmır. Çalışdığı məktəbdə xanım Tomsona hər  şagirdin keçmişdəki qeydlərini incələmək də tapşırılmışdı  və o, Teddinin “qovluğ”unu incələdiyində heyrətlənir. Çünki  birinci sinif müəllimi “Teddi ağıllı bir uşaqdır və hər an gül-məyə hazırdır. Tapşırıqlarını nizamlı olaraq yerinə yetirir və  çox xoş təbiətlidir. Dostları onunla dostluqdan xoşbəxtdir...”  - deyə yazmışdı. II sinif müəllimi: “Mükəmməl bir şagirddir. Dostları tərəfindən çox sevilir. Amma evdə anasının aman-sız xəstəliyi onu üzür və düşünürəm ki, evdəki yaşamı çox  çətindir” - deyə yazırdı. III sinif müəllimi: “Anasının ölümü  onun üçün çox çətin oldu. Atası ona yetərincə ilgi göstərmir  və əgər bir şeylər edilməzsə, evdəki dözülməz yaşam ona  təsir edəcək” - deyə yazmışdı... IV sinif müəllimi isə: “Teddi özünə qapalıdır və məktəbə heç bir ilgi göstərmir. Heç bir  dostu yoxdur və bəzən sinifdə yatır” - deyə qeyd etmişdir...

Xanım Tomson məsələni çözmüşdü və özündən utanırdı.

Yeni il gəlirdi. Şagirdləri ona gözəl kağızlara sarılmış Yeni il  hədiyyələri gətirdiyində özünü daha da pis hiss etdi. Çünki  Teddinin ərməğanı qəhvəyi rəngli bir kisə kağızına səliqəsiz  sarılmışdı. Bəzi şagirdlər Teddinin saxta daşlardan hazırlan-mış, bir neçə daşı düşmüş bilərzik və sadəcə üçdə biri dolu  ətir şüşəsindən ibarət hədiyyəsini gördükdə gülməyə başla-dılar. Amma müəllimə bilərziyin çox zərif olduğunu söylədi  və ətirdən də bir neçə damlanı biləyinə damladaraq onun çox  gözəl olduğunu deyib, Teddiyə təşəkkür etdi. Müəllimənin  bu addımı ilə gülüşlər kəsdi. O gün dərs saatları bitdikdən  sonra Teddi müəllimənin yanına gedərək “xanım Tomson,  bu gün anam kimi ətir verirdiniz” dedi!.. Teddi və digər  uşaqlar getdikdən sonra müəllimə təqribən bir saata qədər  ağladı. O gündən sonra da uşaqlara sadəcə oxuma, yazma,  riyaziyyat öyrətmədi... onları tərbiyələndirməyə də başladı.  Onların qayğıları, fikirləri ilə ilgilənməyə başladı və şagird-lərinin gözlərinin ifadəsindən tutumuş, hərəkətləri, özlərini aparmalarındakı kiçik dəyişikliklər belə onun diqqətindən  yayınmadı. Şagirdlərin sevimlisinə çevrildi xanım Tomson.

Teddiyə isə özəl bir diqqət göstərirdi o. Onunla çalışarkən  Teddinin zəkası təkrar canlanmışdı. Ona cəsarət verdikcə  uşaq əməlli-başlı dirçəlir, inkişaf edirdi. Xanım Tomson  onda oxumağa, həyata elə gözəl maraq yaratmışdı ki, Teddi  tamamilə dəyişilməyə başlamış, yenidən toparlanmışdı. İlin sonunda Teddi sinfin ən çalışqan şagirdi oldu. Bir il sonra  xanım Tomson qapısının arxasında bir yazı tapdı. Yazı Ted-didən idi. Bütün həyatı boyunca ən yaxşı müəlliminin xanım  Tomson olduğunu yazırdı. Teddidən yeni bir yazını isə altı il  sonra aldı. Liseyi bitirdiyini, sinfində üçüncü ən yaxşı tələbə  olduğunu və xanım Tomsonun hələ də həyatında gördüyü ən  yaxşı müəllimi olduğunu yazmışdı. Dörd il sonra Teddidən daha bir məktub aldı xanım Tomson. Teddi Universitetdə  oxuduğunu və çox yaxşı dərəcə ilə məzun olmaq üçün çoxlu  səy sərf etməsi lazım olduğunu yazırdı. Və xanım Tomson  hələ də onun həyatında tanıdığı ən yaxşı müəlliməsi idi – o,  belə yazırdı. Daha dörd il keçdi və xanım Tomson Teddidən daha bir məktub aldı. Teddi çox yaxşı bir dərəcə ilə məzun  olduğunu, amma daha irəliyə getmək istədiyini və hələ də  xanım Tomsonun onun tanıdığı, ən çox sevdiyi müəllimə-si olduğunu yazırdı. Bu dəfə məktubun altındakı imza bir  az daha uzun idi: “Teodor F.Stoddard, Tibb doktoru”. Yazda  xanım Tomson daha bir məktub aldı. Teddi həyatının eşqi  ilə tanış olduğunu və evlənəcəyini yazmışdı. Atasının da bir  neçə il öncə öldüyünü, xanım Tomsonun onun toyunda bə-yin ata-anası üçün ayrılan yerdə oturub-otura bilməyəcəyi-ni soruşurdu... Xanım Tomson mərasimə gedəkrən diqqətlə  saxladığı bir neçə daşı düşmüş, Teddinin bir zamanlar ona  bağışladığı o bilərziyi taxdı, Teddinin ona verdiyi və ana-sı kimi qoxlandığını söylədiyi ətirdən də sürtdü... Bir-birini  sevgi ilə qucaqlarkən Teddi onun qulağına “Mənə inandığınız üçün çox təşəkkürlər, xanım Tomson, özümü önəmli hiss  etməyimi təmin etdiyiniz üçün və məni belə dəyişdirdiyiniz  üçün də...” - deyə pıçıldadı. Xanım Tomson gözündəki yaş-larla ona qarşılıq verdi: “Yanılırsan, Teddi... Mən deyil, sən  mənə öyrətdin. Səninlə qarşılaşana qədər mən müəllimliyin nə olduğu bilmirmişəm!..”

Bax, belə... Məncə, başqa heç nə əlavə etməyə ehtiyac  yoxdur – müəllim Tomson olunca şagird Teddi... “Teodor  F.Stoddard, Tibb doktoru” olur...

Müəllim adını daşıyan və  ona iddialı olanlar üçün ilginc olacaqğını düşünürəm bu  ibrətamiz müəllim-şagird hekayətinin...

Bu həyat hekayətinin bizi, yaşamımızı dəyişdirən müəl-limlərə hər zaman borclu olduğumuzu xatırltmağa, onlara diqqət və qayğı göstərməmizin vacibliyini düşünməyə  səsləyəcəyinə də ümid edirəm. Onların borcundan çıxmaq  çətindir, amma onlara diqqətimiz, qayğımız, sayğımızla ya-naşı, onların bizim inkişafımız üçün etdiklərini biz də buna  ehtiyacı olanlara etməklə az da olsa, çıxa bilərik. (Zira,  MÜƏLLİM sözünün yanında bir də MƏKTƏB(LƏŞMƏ!)  var, təcrübənin ötürülməsi, gələnəklərin yaşadılması, “öy-rəndiklərini layiq olanlara öyrət!” əmri var...) Onlar bizdən  hər zaman bunu gözləyirlər. Çünki gerçək müəllimlər hər  zaman ilk öncə toplumu, sonra özlərini düşünürlər. Bütün  yaxşı müəllimlərin qarşısında baş əyir, onlara ən gözəl arzu-larımı ünvanlayıram.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü