Modern.az

Altay maralları Xızıda - Məşhur pant vannaları Azərbaycana gətirildi - FOTOLAR

Altay maralları Xızıda - Məşhur pant vannaları Azərbaycana gətirildi - FOTOLAR

İqtisadiyyat

18 May 2015, 16:24

Bu gün "Altıağac Cənnətbağı"nın nəznində yaradılmış "ALTAY MARALI" sağlamlıq və müalicə mərkəzinin açılışı oldu.
Açılışda respublikanın müxtəlif tanınmış səhiyyə ocaqların 100-yaxın peşəkar həkimi iştirak edib.

Tədbirin əvvəlində "Altay Maralı" sağlamlıq və müalicə mərkəzinin layihə rəhbəri Araz Qədimzadə mərkəz haqqında məlumat verib: “2 il bundan öncə biz “Cənnətbağı Altıağac” istirahət mərkəzinin ərazisində maralçılıq təsərrüfatı yaradılmasına qərar verdik və onun bazasında fəaliyyətə başlayacaq “Altay Maralı ” sağlamlıq və müalicə mərkəzinin tikintisinə başladıq.
Maralçılıq təsərrüfatının və müalicə kompleksinin infrastrukturu Altaydan dəvət olunmuş peşəkar həkimlər və texniki mütəxəssislərlə birgə qurulub.
1155 kvadrat metrlik ərazidə tikilən sağlamlıq və müalicə mərkəzi gün ərzində 120 nəfərə tibbi xidmət göstərə biləcək gücdədir və müvafiq texniki avadanlıqlarla tam təchiz olunub. Mərkəzdə çalışacaq həkimlərimiz Altayda xüsusi təkmilləşmə kursu keçiblər. Artıq Azərbaycandan olan pasiyentlərimizin külli miqdarda vəsait və vaxt xərcləyib, Altaya getməyinə ehtiyac yoxdur.
Bizim istər fərdi, istərsə də koorporativ müştərilərimizə təklif etdiyimiz tur-paketlər vasitəsi ilə onlar çox sərfəli şərtlərlə Cənnətbağı Altıağacda yerləşən
"Altay Maralı" sağlamlıq və müalicə mərkəzinin xidmətlərindən istifadə etmək imkanı qazanacaqlar”.

Məlumat üçün bildirək ki, "Altay Maralı" sağlamlıq və müalicə mərkəzinin pasiyentlərə Pant vannaları, pant maskaları, pant mikro imalələri, fito cəlləkdə buxar prosedurları və digər xidmətlər təklif olunur . Burada həmçinin maral buynuzundan hazırlanmış tibbi və kosmetoloji preparatları da burada əldə etmək mümkündür.





















Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü