Modern.az

Azərbaycanda son illərin ən zərərli DƏBLƏRI, VƏRDİŞLƏRİ...

Azərbaycanda son illərin ən  zərərli DƏBLƏRI, VƏRDİŞLƏRİ...

İqtisadiyyat

19 May 2015, 10:56

Son illərdə  həm dünyada,  həm də dünyanın kiçik bir parçası olan Azərbaycanda insan psixologiyasına ciddi zərbə vuran vərdişlər, toplum daxilində meydana gələn dəblər  yaranıb. Ayrı-ayrı fərdlərin gün ərzində yorulmadan təkrarladığı bu dəblər əslində kütlə psixologiyasından aldığı zərbələrin göstəricisidir. Bizim cəmiyyətdə də xüsusən gənclər tərəfindən icra edilən bir sıra vərdişlər var ki, onların müalicəsi cəmiyyətin də xeyrinə ola bilər.

Modern.az saytı Azərbaycanda son illərin ən  zərərli dəblərini təqdim edir:

Sosial  şəbəkələr: 2010-cu ildən bu tərəfə həm Twitter, həm Instagram və xüsusilə də dünyanın ən böyük sosial şəbəkəsi sayılan Facebook-dan istifadə edənlərin sayı gündən-günə artmaqdadır. Sosial şəbəkələrin xüsusi imkanlarından, bu imkanları iş və qarşılıqlı ünsiyyət, əməkdaşlıq məqsədilə istifadə edənlərin sayı çox təəssüflər olsun ki, burada ifrat dərəcədə vaxt itirənlərin, məqsədsiz şəkildə istifadə edənlərin sayından daha azdır. Daha çox uğradığı təklik sindromundan xilas olmaq istəyən insanlar başqa Facebook olmaqla digər sosial şəbəkələrdə (Odnoklassniki.ru, vk.com) vaxt keçirməklə bu boşluğu doldurmağa ümid edirlər. Amma məsələ ondan ibarətdir ki, sosial şəbəkələrdən çox istifadə edənlər əlavə bir depressiyaya qapılırlar. Oradakı paylaşımlarda ya süni, ya da ki təbii xoşbəxtlik elementləri həmin insanlardakı boşluğun daha da qabardılmasına gətirib çıxarır.

Selfie - Bu mənfi dəbin də ən çox yayıldığı yer elə sosial şəbəkələrdir. Daha çox özü ilə baş-başa qalan insan bu dəqiqələrini paylaşmaq üçün özçəkimdən yəni, selfiedən yararlanır. Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycandan da selfie çəkilməsi və onun sosail şəbəkələrdə paylaşılması get-gedə artır. Amma reallıq budur ki, hər çəkilən selfie fərdin təklikdən əziyyət çəkməsi haqqında gizli bir mesaj ötürür. Selfienin ən çox çəkildiyi obyektlər isə tənha və səliqəsiz  otaq, lift və eyvanlardır. Tənha və səliqəsiz otaq depressiyanın xüsusi əksidir. Ona görə də burada özçəkimlərin olması təbiidir. Balkon və liftlərin xüsusi emosional aurasında çəkilən selfielər də fərdin psixoloji baxımından özünü rahat və xoşbəxt hiss etmədiyini göstərir. Bu gün Instagram-dakı fotoların böyük əksəriyyəti məhz selifie fotolardır.

Telefon aludəçiliyi: Əhalisi o qədər də  çox olmayan Azərbaycan bu gün dünyada ən çox mobil telefonlardan istifadə edən ölkələrdən biri hesab olunur. Artıq Azərbaycanda ağlı başında olan və özünü idarə edə bilən bir adamın telefon işlətməməsi çox qəribə görünür. Rabitə vasitəsi olan mobil telefonlar bir sıra mənfi dəblərə yol açdı. Belə ki, orta hesabla hər 3 gəncin ikisinin qulaqcıqdan istifadə etdiyini görürük. Bu artıq vərdiş alını alıb. Amma hər dəfə bircə saat qulaqcıqla musiqi dinləmək xeyli sayda beyin neyronunun məhvinə səbəb olur. Həmçinin qulaqdan beyinə ötürülən səs tezliyinin sürətini və effektivliyini azaltmaqda insanda get-gedə qulaq problemlərinin əmələ gəlməsinə səbəb olur. Çox təəssüflər olsun ki, telefonun dəb saldığı fəsadlar yalnız qulaqcıqla və qulaq problemi ilə bitmir. Xüsusi oyunlar və proqramlar da insanları öz təsir dairəsinə salır. Bu gen yəqin hər birimiz ictimai nəqliyyatdan tutmuş evə gələn qonaqda da bu aludəçiliyi hiss edirik.  Bu cür dəb isə insan fizionomiyasına çox ağır zərbə vurur.

Yamsılanan saç stilləri - Toplumun intellekt və dünyagörüş baxımından formalaşmamış insanların müəyyən təsir dairəsinə düşmələri daha sürətlə baş verir. Çünki onlarda hədəf kimi götürülən boşluq daha sonra həmin insanları öz nəzarəti altına ala bilir. Bəzən isə yamsılama meyarları üzə çıxır. Gənclər müəyyən saç stili, geyim tərzindən istifadə etməklə özünün idarə mexanizmindən tamamilə uzaq bir şəkildə davranış nümunələri ilə  seçilirlər. Məsələn, Azərbaycanda bu kimi saç formalarından biri olan “çeçenka” saç stili və ona uyğun geyim tərzi və bu geyim tərzini tamamlayacaq atributlar (təsbeh, bıçaq) bəzi gənclərdə rastlanır. Xüsusən də orta məktəbdə oxuyan yeniyetmələrdə bu, daha qabarıq hiss olunur. Bu cür üslub özündə hansısa bir dəyəri əks etdirmədiyindən artıq böyümə dövrünü keçən yeniyetmələrin şüuruna çox təəssüf ki, mənfi yöndən təsir edir. Hətta mahiyyətinə varmayaraq bu hərəkətləri təqlid edən yeniyetmələrin sayı son illər artmaqdadır.

Televizorla birgə ağlaşma və gülmə - televiziyalar bir çox ölkələrdə insanları teatr, kino, opera kimi dəyərlərdən uzaqlaşdırıb onlara evə bağlayan sehirli virus qutusudur. Azərbaycanda son illər televiziyaya bağlayan vasitələr şou-biznes qalmaqalları, maqazin buraxılışları, praym-taym vaxtında efirə gedən maarifçilikdən uzaq reytinq xatirinə insanların sarı simlərinə bilərəkdən nüfuz edən proqramlardır. Son zamanların dəb halına gəlmiş vərdişləri isə həmin proqramlardan asılı vəziyyətə düşüb, onların aparıcı-müəlliflərini müzakirə etməkdir.

Emolar-  Bakı emoları üzlərinə tökülən jeleli saçları, dar - bədənə yapışan köynəkləri, qızlara məxsus cins şalvarları ilə ötən əsrin emolarından xeyli fərqlidirlər. 
Emo oğlanlarla qeyri-emo oğlanlar arasında da böyük fərqlər var. 
Bakıda emoların yığışdığı tək məkan var. Onlar axşamüstü “Torqovı”da toplanırlar. Kimisi gitara çalır, kimisi oxuyur. Bakı emoları 16-20 yaşlı gənclərdən ibarətdir. Hamısı da bir dərddən şikayətlidir. Deyirlər ki, bizi ətrafımız başa düşmür. Hər halda özləri bu cür yüksək eqolu  qənaətdədirlər.

“Kurtlar vadisi” aludəçiliyi  - 2005-ildən bəri ekranlardan düşməyən Türkiyənin yüksək reytinqli  “Kurtlar vadisi” seriyalı artıq öz azarkeş ordusunu yaradıb. Təsəvvür edin, serialın yayımlandığı cümə axşamı günü onun ab-havasına bürünən və özlərini oradakı qəhrəmanlara (Polad, Abdulhey, Memati və başqalarına) həm davranış tərzi həm də geyiminə görə oxşatmaq istəyən gənclər var. Həmin gün o ovqatda (əldə təsbehlə, yaxud bir barmaqla qulağa tutulan telefonla)  kafelərə gələn gəncləri də görmək olar...

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü