Daxili İşlər Nazirliyi (DİN) qızını boğaraq öldürən ana ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.
Araşdırma aparılır.
Gülşən RAUFQIZI