Türkiyədə bu il iyulun 15-də dövlət çevrilişinə cəhddə günahlandırılan “Hizmət” şəbəkəsinin lideri Fətullah Gülənin tərəfdarları prezident Rəcəb Tayyib Ərdoğanı hələ 2012-ci ildə də öldürməyə cəhd ediblər.
Modern.az bildirir ki, bu iddia ilə “Yeni Şafak” qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, Ərdoğan o zaman həkimlərin təyin etdiyi cərrahiyyə əməliyyatı zamanı öldürülməliymiş.
Qəzetə bu haqda mənbə kimi Hüseyn Sarıçiçek məlumat verib. O, 2013-cü ildəki korrupsiya qalmaqalının araşdırılmasında iştirak edib və prokurorluğa 200-dən çox gizli sənəd verib. Onun dediyinə görə, Gülənin iki tərəfdarının Ərdoğana sui-qəsdin iflasa uğraması ilə bağlı müzakirəsini eşidib.
“Bu arada gördüm ki, Necdet İçel (Gülənin tərəfdarlarından biri) polis komissarına qışqırıb və bağda onun üstünə hücum çəkib. “O necə əməliyyata gəlməyə bilərdi? Allah xatirinə, kim onu xəbərdarlıq edib? O necə ölümdən qurtara bilib?”, - qəzet Sarıçiçeyin fikirlərini nəşr edib.
Onun sözlərinə görə, Ərdoğan son anda əməliyyatdan imtina edib.
Modern.az